Kokedən Ardaya dəstək

Atletikonun futbolçusu Koke komanda yoldaşı Arda Turanın hakimə butsunu atmasının bir anlıq səhv olduğunu deyib.
ANN.Az goal.com-a istinadən xəbər verir ki, Koke Marca qəzetinə müsahibə verərəkən deyib ki,"Hamımız səhv edirik. Arda da səhv etdiyini bilir və bir daha olmayacaq. Arda üzr istədi və bağışlandı. Bu hadisəni artıq geridə buraxmaq lazımdır"
Koke Atletikonun rəqiblərinə qarşı sərt oynaması fikirlərini belə şərh edib Koke də mənşə, "Rəqiblərimizi meydanda döyərək liqa çempionu olmamamışıq.
Oynamağı bacarmaq lazımdır. Hücuma meylli olan bir komandayıq və bu oyun stilimizi də dəyişməyəcəyik. Sərt oynadığımızı deməkləridə bizi çox narahat edir"
Koke keçən mövsüm UEFA Çempionlar Liqası finalında Real Madridə məğlub olduqlarını xatırladaraq qeyd edib ki, "Lissabondakı oyunu unutmaq üçün tək yol bu mövsüm Çempionlar Liqasını qazanmaqdır"
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























