• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycana səviyyəli legionerlər gəlməlidir"

"Azərbaycana səviyyəli legionerlər gəlməlidir"
10.02.2015 14:39
"Azərbaycana səviyyəli legionerlər gəlməlidir. Onlar nə qədər güclü olsalar, çempionatın da, futbolumuzun da, yerli futbolçuların da səviyyəsi yüksələr".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

Lakin 23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında mübarizə aparan legionerlərin neçə faizinin səviyyəli olduğunu söyləməkdə çətinlik çəkib. O, "Qarabağ"ın qış transfer dövründə heyətinə heç bir futbolçu cəlb etməməsi ilə bağlı sualı isə belə cavablandırıb: "Transfer məsələləri klub rəhbərliyi və baş məşqçiyə aiddir. Bir futbolçu kimi deyə bilərəm ki, "Qarabağ"ın heyətində kifayət qədər səviyyəli yerli və əcnəbi oyunçu var. Komandamız yenə pis təsir bağışlamır. Amma bir yerli futbolçu kimi nəinki öz klubumuza, hətta ölkə futboluna səviyyəli legionerlərin gəlişinin əleyhinə deyiləm. Əksinə, bu, xeyirlidir".

Qeyd edək ki, Qara Qarayev İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2014-cü ilin ən yaxşı futbolçusu seçilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol