Mario Götze: "İnanmıram ki, kimsə Messinin səviyyəsinə çata bilsin"

Almaniya futbol liqasında Bavariya formasını geyən Mario Götze, Argentinalı ulduz futbolçu Lionel Messinin futbol səviyyəsinə çatmağın çox çətin olduğunu bildirdi.
ANN.Az goal.com-a istinadən xəbər verir ki, Alman mətbuatında çıxış edən Götze, Barselonanın ulduz futbolçusu Lionel Messi haqqında danışarkən qeyd edib ki, "Messi, futbol kariyerasında çox əhəmiyyətli uğurlara imza atıb və bu sahədə o qədər yüksək səviyyəyə qaxldı ki, inanmıram ki, kimsə o səviyyəyə çata bilsin"
2014-cü ildə keçirilən Dünya Kuboku finalında Argentinaya vurduğu qolla Almaniyanı çempionluğa aparan qolun sahibi Götze, Messinin xüsusilə son dövrdə performansını daha da artırdığını deyərək bildirdi ki, "Bəzi oyunlar o səviyyəyə çıxmaq olur amma eyni performansı davamlı təkrarlamaq çox çətindir"
Qeyd edək ki, Qızıl Top Mükafatını 4 dəfə qazanan Lionel Messi, Barselona forması ilə bu mövsüm iştirak etdiyi 32 oyunda 34 qol vurub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























