"Məşqçi olmaq istəmirdim" - Zidan

Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan məşqçilik karyerası haqda danışıb.
Qol.Az-ın "L`Equipe"ə istinadən verdiyi məlumata görə, Zidan futbolçu karyerasını başa vurduğunda məşqçi olmaq istəmədiyini bildirib:
"Bir sıra futbolçular karyeralarını başa vurduqdan sonra məşqçi olmaq haqda düşünürlər. Ancaq məndə belə olmadı. Futbolçu karyeramı başa vurduğumda nə işlə məşğul olacağımı bilmirdim. Fərqli təcrübə yaşadım. Məsələn, "Real"da idman direktoru işlədim. Daha sonra anladım ki, məşqçi olmaq istəyirəm".
Qeyd edək ki, Zidan "DÇ-2006"nın İtaliya ilə keçirilən final matçından sonra futbolçu karyerasını başa vurub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























