Azərbaycanda futbolçuların maaşına limit qoyulacaq

Klublar Komitəsinin sayca dördüncü iclası keçirilib.
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, iclasda 21-23 yaşlı azərbaycanlı futbolçuların maaşına limit qoyulması barədə qərar qəbul edilib.
Qərar əsasən paytaxt klublarında 21 yaşa qədər futbolçulara illik maksimum 30 min, əyalət klublarında 35 min manat ödənilə biləcək. 21-23 yaşa kimi futbolçularda isə əyalət klublarında 60 min, Bakı klublarında isə ən çox 50 min illik əmək haqqı ödənilə biləcək.
Bu məsələ təklif şəklində AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























