Messi Ronaldoya çatdı

İspaniya La Liqasının son turunda "Levante” ilə oyun (5:0) "Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, görüşdə üç qol vuran argentinalı hücumçu La Liqada het-trik sayını 31-ə çatdırıb. Bununla da Alfredo Di Stefano və Telmo Zarranı geridə qoyan Messi Kriştian Ronaldonun rekorduna şərik olub.
La Liqada 300-cü matçında çıxan futbolçu cari mövsüm vurduğu qolların sayını 26-a yüksəldib. Beləliklə o, 28 qolla bombardir olan Ronaldoya bir qədər də yaxınlaşıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























