Məşhur futbolçu yığmadan getdi

Fil Dişi Sahili millisinin müdafiəçisi Kolo Ture yığma komandadakı karyerasını başa vurub.
Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə 33 yaşlı futbolçunun özü açıqlamasında deyib.
"Mən ölkəmi çox sevirəm və yığmada oynamaqdan qürur hissi duyuram. Lakin artıq getmək vaxtıdır" - deyə "Liverpul"un futbolçusu bildirib.
Qeyd edək ki, 2000-ci ildən Fil Dişi Sahili yığmasında çıxış edən Ture keçirdiyi 117 oyunda 7 qola imza atıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























