"Barselona" Ronaldoya görə cəzalandırıla bilər

İspaniya Futbol Federasiyası "Barselona"nı cəzalandıra bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb Kataloniya təmsilçisinin azarkeşlərinin La Liqanın 23-cü turunda "Levante" ilə keçirilən oyunda (5:0) "Real"ın hücumçusu Kriştiano Ronaldonun ünvanına "Ronaldo sərxoşdur" şüarları səsləndirməsidir.
Artıq bununla bağlı İspaniya Futbol Federiyasının İntizam Komitəsi araşdırmalara başlayıb.
Qeyd edək ki, Ronaldo "Atletiko"ya 0:4 hesabı ilə uduzduqları matçdan sonra ad günü mərasimi keçirdiyi və orada şənləndiyi üçün tənqid olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























