• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri

Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri
18.02.2015 09:34
Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Lvovda Ukrayna "Şaxtyor”u Almaniyanın ən titullu klubu "Bavariya”nı qəbul edib. Fevralın 24-də Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Donetsk təmsilçisi münhenlilərlə çətin matçda azarkeşlərini sevindirmək niyyətində idi. İki klub arasında ilk avrokubok görüşündə qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində tərəflərin ciddi cəhtlərinə baxmayaraq, taplodakı sıfırlar dəyişməyib - 0:0.

Günün digər oyunu Parisdə reallaşıb. Fransa PSJ-si İngiltərə təmsilçisi "Çelsi” ilə görüşüb. Ötən mövsüm rəqibini səfər qolu ilə mübarizədən kənarlaşdıran (1:3, 2:0) londonlular uğurunu təkrarlamaq iddiasında idi. Fransalılar isə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Bu matçda isə qapılara 2 top vurulub. Lakin qalib bəlli olmayıb. 36-cı dəqiqədə Branislav İvanoviçin yeganə qolu ilə fasiləyə üstün yollanan "zadəganlar” ikinci yarıda üstünlüyünü qoruya bilməyib. 54-cü dəqiqədə Edinson Kavaninin vurduğu top parisliləri məğlubiyyətdən xilas edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

PSJ (Fransa) - "Çelsi” (İngiltərə) - 1:1

Qollar: Kavani, 54 - İvanoviç, 36

 
"Şaxtyor” (Ukrayna) - "Bavariya” (Almaniya) - 0:0

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol