Mourinyo: "Nəticədən məmnunam"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında PSJ ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandanın qapıçısı Tibo Kurtuanın möhtəşəm oynadığını deyib:
"O, ən azı rəqibin 2-3 dəfə qol vurmasına imkan vermədi. Şanslı tərəf biz idik".
J.Mourinyo bəzi əsas futbolçuları oynatmamasının səbəbləri haqda da danışıb:
"Çünki onlar zədələnmişdilər və məşq etməmişdilər. "Everton"la matçdan sonra məşqlərə qatılmayan 5 oyunçum var idi. Buna görə də heyətdə bəzi problemlərimiz oldu".
Portuqaliyalı mütəxəssis 1:1 hesablı nəticədənməmnun qaldığını da qeyd edib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























