Çempionlar Liqasının ən məhsuldar müdafiəçisi

Çempionlar Liqasında son 6 mövsümün ən məhsuldar müdafiəçisi müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu, "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçdir.
Dünən PSJ ilə 1/8 finalın ilk oyununda hesabı açan serbiyalı futbolçu turnirdə vurduğu qolların sayını 7-yə yüksəldib. Bununla da, İvanoviç Çempionlar Liqasının son 6 mövsümünün ən məhsuldar müdafiəçisi adını qazanıb.
Qeyd edək ki, PSJ - "Çelsi" oyunu 1:1 hesabı ilə başa çatıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























