Runi üzr istədi

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi "Preston"un qapıçısı Torsten Ştukmandan üzr istəyib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, buna İngiltərə Federasiya kubokunun 1/8 final matçında Runinin simulyasiya etməsi səbəb olub.
Ştukman oyundan sonra Runinin ondan üzr istədiyini bildirib: "Runi oyundan sonra mənə yaxınlaşaraq "bağışla, bu mənim penalti qazanmağım üçün bir şans idi. Ona görə də özümü yerə atdım" dedi".
Qeyd edək ki, "Preston"la matçın 86-cı dəqiqəsində Runi rəqib qolkiperlə mübarizədə özünü yerə ataraq komandasına penalti zərbəsi qazandırıb. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Runi oyunun yekun nəticəsini müəyyənləşdirib - 3:1.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək