“Real” “Bavariya”nın rekordunu təkrarladı

Çempionlar Liqasının 1/8 finalında səfərdə "Şalke”yə qalib gələn (2:0) "Real” "Bavariya”nın rekorduna şərik olub.
Qol.Az-ın məlumatına görə, sözügedən turnirdə ardıcıl 10-cu qələbəsini qazanan Mardid klubunu "Bavariya”nın 2013-cü ildəki rekordunu təkrarlayıb.
Madridlilər son dəfə ötən mövsüm ÇL-ın 1/4 finalının cavab matçında Dortmund "Borussiya”sına uduzub.
Karlo Ançelottinin komandası yeni rekorda çox yaxındır. Paytaxt klubu bunu"Şalke” ilə doğma meydanda keçiriləcək cavab matçında bacara bilər.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























