• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-2015: Avropa Oyunları ABŞ və Kanada da yayımlanacaq

Bakı-2015: Avropa Oyunları ABŞ və Kanada da yayımlanacaq
20.02.2015 18:13
Bakı-2015 Avropa Oyunları bu yay baş tutacaq I Avropa Oyunlarının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə "Universal Sports Network” ilə saziş imzalayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 12-28-də "Universal Sports Network” öz kanalında və "universalsports.com” internet səhifəsində möhtəşəm açılış və bağlanış mərasimləri də daxil olmaqla, ölkəmizdə təşkil olunacaq Oyunlar haqqında gündəlik proqram yayımlayacaq.
 
Bununla yanaşı, "Universal Sports Network”, həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması üçün yayım hüququ əldə edib.
 
Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, "Universal Sports Network” ilə bu sazişin imzalanması Bakı-2015 üçün mühüm bir təkandı və yarışın dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir: "Bu saziş I Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir və əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay həyata keçəcək yarışları izləməkdən zövq alacaqlar”.
 
Bu saziş ilə Bakı 2015 Avropa Oyunları yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib.
 
"Universal Sports Network” bütövlükdə ABŞ ərazisində Time Warner Cable, Cox Communications, Bright House Networks, Verizon FiOS, həmçinin DIRECTV və DISH kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.
 
"Universal Sports Network” şirkətinin məzmun və kommunikasiya üzrə birinci vitse-prezidenti Robert Ceymsin sözlərinə görə, Avropa Oyunlarının nümayişi qurumun beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir: "Təmsil olunan Avropa ölkələri və Oyunlarda iştirak edən nüfuzlu idmançılar ABŞ-dakı idman həvəskarı tamaşaçılarımızın maraqlı və həyəcanverici yarışlar izləyəcəyini vəd edirlər”.
 
"Universal Sports Network” ABŞ-da olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdı. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan "Universal Sports” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdi və illik olaraq 40-dan çox idman növü üzrə yarışan dünyanın ən uğurlu idmançılarını tamaşaçılarına nümayiş etdirir. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol