"Azərbaycan millisi qarşılaşdığımız ən güclü rəqib idi"

"Toplanış çərçivəsində yaxşı oyunlar keçirdik. Fikrimcə, çempionata hazırlıq baxımından bizdə hər şey yaxşı alındı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Şaxtyor"un müdafiəçisi İvan Ordets Antalyada əsas millimizlə keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı futbolçu yığmamızın toplanışda qarşılaşdıqları ən güclü rəqib olduğunu bildirib: "Yaxşı komandaya qarşı oynadıq. Azərbaycan millisində yüksək səviyyəli futbolçular çıxış edir. Onlar təzyiq altında topa nəzarət edə bilirdilər. Məncə, Azərbaycan yığması toplanışda qarşılaşdığımız ən güclü rəqib idi. Yağış yağmasına baxmayaraq, meydança yaxşı vəziyyətdə idi. Əlverişsiz hava da bizə mane olmadı".

Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək