• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri

Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri
25.02.2015 09:21
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

Apasport.az saytının məlumatına görə, ötən həftə start götürən 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutub.

Bu dəfə "Böyük beşlik” çempionatlarının təmsilçiləri meydana çıxıb. Günün daha maraqlı qarşılaşması Mançesterdə reallaşıb. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda "Mançester Siti” ilə "Barselona” üz-üzə gəlib. İspaniyalılar həmin vaxt əldə etdiyi uğuru təkrarlamağa çalışıb. İngiltərə təmsilçisi isə hər iki matçda uduzmasının (0:2, 1:2) qisasını almaq niyyətində idi.

Qarşılaşmada Kataloniya klubu 1:2 hesabı ilə qalib gəlib. Luis Suaresin ilk hissədəki dublu (16 və 30-cu dəqiqə) sayəsində "Barsa” fasiləyə üstün yollanıb. Lakin "Mançester Siti” buraxılan toplardan birinin əvəzini çıxmağı bacarıb. 69-cu dəqiqə Serxio Aquero fərqlənib. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə isə Lionel Messi penaltidən yararlana bilməyib.

İtaliyada isə "Yuventus”la "Borussiya” üz-üzə gəlib. 8-ci dəfə qarşılaşan komandaların duelinin 7-sini İtaliya təmsilçisi, 2 dəfə Bundesliqa klubu qazanıb. 1 dəfə də bərabərliklə kifayətlənən tərəflərin son iki görüşündə "Borussiya” qalib gəlib. 18 il əvvələ təsadüf edən son matçdakı qələbə isə Çempionlar Liqasının finalında qeydə alınmışdı. Turinlilər həlledici görüşdəki məğlubiyyətin (1:3) qisasını almaq əzmində idi. Almaniyalılar isə çempionatdakı uğursuzluqlarını sığortalamağa çalışıb.

Bu görüşdə də azarkeşlər 3 qola şahidlik edib. Lakin bu dəfə sevinən tərəf meydan sahibləri olub – 2:1. Qapılara vurulan hə üç qol isə ilk hissədə qeydə alınıb.

Çempionlar Liqası 1/8 final, ilk oyunlar
"Mançester Siti” (İngiltərə) - "Barselona” (İspaniya) - 1:2
Qollar: Aquero, 69 - Suares, 16; 30

"Yuventus” (İtaliya) - "Borussiya” (D. Almaniya) - 2:1
Qollar: Teves, 13, Morata, 43 - Roys, 18
 
ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol