• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasında 1/8 final oyunlarının nəticələri

Çempionlar Liqasında 1/8 final oyunlarının nəticələri
26.02.2015 09:15
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər yenə 2 qarşılaşma izləyib.

"Arsenal” doğma publika önündə "Monako”nı sınağa çəkib. İngiltərə Premyer Liqasında uğurlu çıxış edən "topçular” cavab matçıöncəsi önəmli nəticə əldə etmək istəyirdi. Fransa təmsilçisi isə asan təslim olmaq niyyətində deyildi. Monako klubu 38-ci dəqiqədə Coffrey Kondoqbia, 53-cü dəqiqədə Dimitar Berbatov və 90+4-cü dəqiqədə Yannik Ferreyranın qolu sayəsində 1:3 hesabı ilə qalib gəlib. "Arsenal”ın yeganə topunu 90+1-ci dəqiqədə Aleks Oksleyd-Çemberlen vurub.

Günün digər görüşü Almaniyada baş tutub. "Bayer” Madrid "Atletiko”sunu qəbul edib. Ötən ilin finalçısı olan İspaniya klubu leverkuzenliləri məğlub edib, yoluna davam etmək arzusunda idi. Bundestim təmsilçisi isə güclü rəqibi qarşısında ciddi hazırlaşmışdı. Oyunun taleyini 1 qol həll edib. Matçın 57-ci dəqiqəsində Hakan Çalhanoğlunun tək topu "Bayer”ə qələbə qazandırıb.

Qeyd edək ki, 1 gün əvvəl "Barselona” səfərdə "Mançester Siti”ni 1:2, "Yuventus” isə Dortmund "Borussiya”sını eyni hesabla məğlub edib.

Çempionlar Liqası 1/8 final, ilk oyunlar

"Arsenal” (İngiltərə) – "Monako” (Fransa) - 1:3

Qollar: Oksleyd-Çemberlen, 90+1 - Kondoqbia, 38, Berbatov, 53, Ferreyra, 90+4

"Bayer” (Almaniya) – "Atletiko” (İspaniya) - 1:0

Qol: Çalhanoğlu, 57

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol