“İnter”də yeni məşqçi

"İnter"in baş məşqiçisi Kaxaber Sxadadze mövsümün sonunadək Bakı klubu ilə yanaşı Gürcüstan millisini də çalışdırmalı olduğundan klub rəhbərliyi yeni addım atmağa məcbur olub.
"Qafqazinfo” xəbər verir ki, bu səbəbdən də "bankirlər" məşqçilər korpusuna əlavə çalışdırıcı gətirəcək. Belə ki, paytaxt təmsilçisinin texniki heyəti Marino Puşiçin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.
Puşiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.
"İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında klub saytına fikir bildirib: "Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























