Anri: "Arsenal"a heç vaxt yox deyə bilmərəm"

"Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anri "Arsenal"da məşqçi olmaq şansı olsaydı, bu təklifə heç vaxt yox deyə bilməyəcəyini deyib.
ANN.Az goal.com-a istinadən xəbər verir ki, "Arsenal"ın "Monako"ya öz evində 3-1 uduzmasından sonra Arsen Vengerin baş məşqçilik postunda ciddi dəyişiklik ola bilər.
"The Jonathan Ross Show"da danışan Anri məsələ barəsində bunları deyib: "Arsen Venger nə etmək istəyir bilmirəm. Mən yalnız gələcəkdə menecerlik vəzifəsində işə başlamaq istəyirəm. "Arsenal"ın baş məşqçisi olmaq mənim üçün yuxu kimidir. Ancaq dürüst olmaq lazımdır, əvvəl işi çox yaxşı öyrənməliyəm. Futbolu çox yaxşı oynamaq, yaxşı öyrədə bilmək mənasını vermir. "Arsenal" mənə belə bir vəzifə versə əsla "yox" demərəm."
Televiziyada aparıcı olan Anri, eyni zamanda Arsenalın gənc komandalarında da məşqçilik vəzifəsini icra edir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























