• $
  • €
  • ₽
  • ₺
  • £

İdmançıların tarixə düşən fikirləri - “Pele artıq futbola yox, muzeyə məxsusdur”

İdmançıların tarixə düşən fikirləri - “Pele artıq futbola yox, muzeyə məxsusdur”
02.03.2015 23:19
İdmançılar  danışmağı o qədər sevməsələr də, bəzilərinin hazırcavablıq göstərərək söylədikləri sonradan az qala aforizm nümunəsi kimi xatırlanır.

Modern.az həmin nümunələrdən bəzilərini təqdim edir:

Maykl Cordan (əfsanəvi amerikalı  basketbolçu): "Hər kəs bir Maykl Cordan olmaq istəyir və buna can atır. Amma mən hər gün Maykl Cordan olmaq zorundayam”.

Corc Best  (sonradan içkiyə qurşanan məşhur ingilis futbolçu): "1969-cu ildə bir müddət içkini və qadınları tərk etdim. O zaman həyatımın ən ağır 20 dəqiqəsini yaşadım”.

Əli Tanrıyar ("Qalatasaray”ın sabiq prezindeti):  "Qalatasay”ı sevməyən ölsün!”

Yohan  Kroyf  (əfsanəvi holland futbolçu): "İtaliyalılar heç vaxt sizə qalib gələ bilməzlər. Sadəcə, siz onlara məğlub ola bilərsiniz”.

Maradona ona "İspaniyada da uğur qazana biləcəksinizmi” soruşan jurnalistə deyir:  "Əgər top orada da yumrudursa, bəli, uğur qazanaram”.

Bill Şanklyi  (məşhur futbolçusu): "Bəziləri deyir ki, futbol ölüm-dirim məsələsi qədər vacibdir. İnanmayın, yalandır. Çünki bu futbol ondan da vacib bir məsələdir”.

Yohan Kroyf: "Həkimlər futbol oynamaq istəyirsənsə siqareti tərgitməlisən deyirdi. Mən də futbol oynamağı tərgitdim”.

Maradona Pele haqqında: "O artıq futbola yox, muzeyə aiddir”

Joze Maurinyo (portuqaliyalı məşqçi):  "Asan olanı istəsəydim "Porto”da qalardım. Çünki orada rahat, mavi kreslo, kuboklar, Tanrı var idi. Tanrıdan sonra isə mən idim”.

Yılmaz Vural (türkiyəli məşqçi): "Türkiyə milli komandasına mütləq bir əcnəbi məşqçi gətirmək istəyirsinizsə, mənə də deyin. Çünki alman pasportum da var”.

Zlatan İbrahimoviç (futbolçu): "Kristiano Ronaldo çox şanslı bir futbolçudur. Çünki hər dəfə Messinin mükafat almasını daha yaxından izləyə bilir”.

Paskal Numa (keçmiş "Beşiktaş”lı hücumçusu): "Mən ölən vaxt məni İnönüdə ("Beşiktaş”ın stadionu)  basdırarsınız”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol