“Çelsi” Peter Çexi göndərir, 43 yaşlı qapıçını gətirir

"Tottenhem”in qapıçısı Bred Fridel karyerasını "Çelsi”də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, "zadəganlar” 43 yaşlı qolkiperin transferi üçün qarşı tərəfə təklif göndərmək niyyətindədi.
Lakin "Çelsi” rəhbərliyi Peter Çexin yayda klubu tərk etməsindən sonra amerikalı oyunçunun keçidini reallaşdıracaq.
Qeyd edək ki, Fridel cari mövsümdə İngiltərə Premyer Liqasında 3 dəfə "18-liy”ə daxil edilsə də, meydana çıxma şansı qazanmayıb. 32 yaşlı çexiyalı qapıçı isə "Çelsi” ilə 5 oyunda forma geyinib və qapısından qol buraxmayıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























