Benitez "Napoli"nin təklifini rədd etdi

"Napoli" klubunun rəhbərliyi baş məşqçi Rafael Benitezə yeni müqavilə təklif edib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Neapol təmsilçisinin təklifini rədd edib.
Benitezin sabiq komandası "Liverpul"dan təklif gözlədiyi bildirilir. Avropa Liqasında "Beşiktaş"a uduzaraq mübarizəni dayandıran "Liverpul"un növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə baş məşqçisi Brendan Rocerslə yollarını ayıracağı gözlənilir. Bu səbəbdən Benitezin mövsümün sonunda "Napoli"dən ayrılacağı iddia olunur. Onun İtaliya klubunda qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gələcək.
Qeyd edək ki, Benitezin "Napoli" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək