• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı 2015" üçün biletlərin qiyməti açıqlandı

"Bakı 2015" üçün biletlərin qiyməti açıqlandı
04.03.2015 16:50
"Bakı 2015" I Avropa Oyunlarında uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlər pulsuz olacaq.
 
"Report"un məlumatına görə, bu barədə Avropa Oyunlarına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında açıqlama verilib.

Bildirilib ki, biletlər böyüklər üçün münasib qiymətə satılacaq. Qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq, 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər. Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçiriləcək yarışlar istisna təşkil edəcək. Burada 16 yaşdan kiçik şəxslər üçün biletlər 1 manata olacaq.

Açılış və bağlanış mərasimlərinin bütün yaş qruplarından olan tamaşaçılar üçün bilet qiymətləri fərqli və əlverişli olacaq. Açılış mərasimi üçün biletin qiyməti 20 manatdan və bağlanış mərasimi üçün 10 manatdan başlanır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol