"Barselona" liderliyə yüksəldi

İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, "Barselona" doğma meydanda "Rayo Velyakano"nu qəbul edib.
Qarşılaşma Kataloniya klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb. "Real" dünən uduzduğu üçün "Barsa" bu qalibiyyətlə liderliyə yüksəlib.
Turun digər matçında "Atletiko" səfərdə "Valensiya"nın qonağı olub. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 1:1.
Qeyd edək ki, La Liqada 26-cı tura bu axşam keçiriləcək "Kordoba” – "Qetafe” oyunu ilə yekun vurulacaq.
8 mart
"Barselona” – "Rayo Valyekano” - 6:1
Qollar: Suares, 5 (1:0), Pike, 49 (2:0), Messi, 56-pen (3:0), 63 (4:0), 68 (5:0), Bueno, 80-pen (5:1), Suares, 90 (6:1)
"Real Sosyedad” – "Espanyol” -1:0
Qol: Kanales, 38 (1:0)
"Vilyarreal” – "Selta” - 4:1
Qollar: dos Santos, 41 (1:0), Musaççio, 45+1 (2:0), Fernandez, 50 (2:1), Vietto, 73 (3:1), Moreno, 84 (4:1)
"Atletiko” (Madrid) – "Valensiya” - 1:1
Qollar: Koke, 33 (1:0), Mustafi, 78 (1:1)
Qırmızı vərəqə: Fueqo, 90 ("Valensiya")
9 mart
23:45. "Kordoba” – "Qetafe”
6 mart
"Levante” – "Eybar” - 2:1
Qollar: Berjon, 55 (0:1), Barral, 65 (1:1) Uçe, 68 (2:1)
7 mart
"Deportivo” – "Sevilya” - 3:4
Qollar: Ryera, 28 (1:0), Vitolo, 33 (1:1), 52 (1:2), Kevin Qameyro, 65 (1:3), Ryera, 72 (2:3), Sidney, 83 (2:4), Lukas, 90-pen (3:4)
"Atletik” (Bilbao) – "Real” - 1:0
Qol: Aduris, 26 (1:0)
"Elçe” – "Almeriya” - 1:0
Qol: Rodriqes, 6
"Qranada” – "Malaqa” - 1:0
Qol: Kamaço, 57-avtoqol (1:0)
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























