Messinin yeni rekordu

"Barselona"nın futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının 26-cı turunda "Rayo Valyekano"ya qarşı matçda (6:1) baş verib.
Sözügedən qarşılaşmada üç qol vuran argentinalı hücumçu La Liqadakı het-triklərinin sayını 24-ə yüksəldib. Bununla da o, 23 het-trik edən Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib.
Qeyd edək ki, L.Messi bu mövsüm "Barselona"da oynadığı 37 oyunda 38 qol vurub və 22 qolun ötürməsini verib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























