• $
  • €
  • ₽
  • ₺
  • £

Premyer Liqamızda son 6 ilin rekordu

Premyer Liqamızda son 6 ilin rekordu
09.03.2015 16:12
Bakının "İnter” klubu Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. 

ANN.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sonuncu dəfə 2014-cü il avqustun 29-da "Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası 25-ci turun "Neftçi” ilə görüşündə (2:0) uduzmamaqla son 6 ilin rekordunu müəyyənləşdirib. 

Belə ki, 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət idi. 2011-2012-ci illərdə qeydə alınan həmin göstərici "İnter”in də tarixində 2-ci nəticə idi.

"Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən "İnter” 2008-09-cu illərdəki rekordunun 3 addımlığındadır. Həmin vaxt bakılılar 21 matçda uduzmayıb.

Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə "Kəpəz”ə məxsusdur – 28 oyun. "Turan” 27, "Neftçi” və "Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol