• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı boksçu 1-ci yerə yüksəldi

Azərbaycanlı boksçu 1-ci yerə yüksəldi
10.03.2015 14:49
Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur. 

Oxu.Az xəbər verir ki, "Baku Fires” klubunun üzvü siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır. 

Məhəmməd Qurbanov (56 kq) reytinqdə 2-cı sıradadır. 3 döyüşdən sonra 15 xal toplayan boksçumuz yalnız amerikalı Fransisko Martinezden geri qalır. Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədədir. 19 xalı olan boksçumuz xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan geri qalır. 

Milli komandamızın üzvü Pərviz Bağırov (69 kq) 15 xalla 4-cü yerdədir. Həmyerlimizi Rəcəb Butayev (Rusiya), Məhəmməd Rabii (Mərakeş) və Stever Donelli (İrlandiya)qabaqlayır. 

91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də hələ ki 4-cü sıradadır. 

Hesabında 15 xal olan boksçumuz İqor Yakubovski (Polşa), Vasili Levit (Qazaxıstan) və Erislandi Savondan (Kuba) bir görüş az keçirib. Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) 15 xalla reytinqdə 4-cü yeri tutur. Bu çəkidə reytinq cədvəlinə kubalı Yasiner Toledo başçılıq edir. Meksikalı Raul Kuriel 2-ci, italiyalı Vinçenzo Mangiakapre isə 3-cü pillədədir. Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci yerdədir. 

Azərbaycan boksçuları yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytində ilk beşliyə düşməyiblər. Xatırladaq ki, mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol