Ancelloti: "O qədər pis oynadıq ki..."

Dünən İspaniyanın Real Madrid klubu Şalkeyə 4-3 hesabı ilə məğlub olmasına baxmayaraq, ilk oyunda 2-0 qalib gəldiyi üçün Çempionlar liqasının 1/4 final mərhələsinə vəsiqə qazandı.
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Şalke klubuna 4-3 hesabı ilə məğlub olan Real Madrid, artıq ikinci dəfədir ki, öz meydanında (Santiago Bernabeu) alman klubları ilə mübarizədə 4 qol buraxır. İspaniyanın ən güclü komandalarından biri olan Real Madrid klubu, 2000-ci ildə Almaniyanın Bayer Münhen komandasına öz meydanında 4-2 hesabı ilə məğlub olmuşdu.
"Real Madrid"in baş məşqçisi Karlo Ancelotti, Şalke ilə oyundan sonra keçirilən mətbuat konfransında, "O qədər pis oynadıq ki, bunu şərh etmək çox çətindir. Bir sözlə deyə bilərəm ki, hər kəs səhv etdi"
Komandanın oyun səviyyəsinin aşağı düşməsini qəbul edən baş məşqçi bildirdi ki, "Belə oyunlarla irəliyə gedə bilmərik"
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək