• $
  • €
  • ₽
  • ₺
  • £

"İbrahimoviçə qarşı xüsusi planımız yoxdur" – Mourinyo

"İbrahimoviçə qarşı xüsusi planımız yoxdur" – Mourinyo
11.03.2015 16:18
"Çelsi"nin baş məşqçisi Joze Moruinyo Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə bu axşam qarşılaşacaqları PSJ ilə oyun haqda danışıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis rəqib hücumçu Zlatan İbrahimoviçə qarşı xüsusi plan hazırlamadığını bildirib:

"İbrahimoviç kimi futbolçuya qarşı oynamaq çətindir. Ancaq ona qarşı xüsusi planım yoxdur. Biz təkcə bir futbolçuya deyil, komandanın bütün oyunçularına diqqət yetirəcəyik. Ötən mövsüm hücum xəttimizdə Eto’О, Demba Ba və Fernando Torres çıxış edirdi. Çempion ola bilməsək də, onlar turnirdə irəliləməyimizə kömək etdilər. İndi isə Dieqo Kosta, Remi və Droqba bizə Çempionlar Liqasını qazanmağa kömək edəcək və Premyer Liqanı çempion başa vurmağımıza yardımçı olacaqlar".

Qeyd edək ki, "Çelsi" - PSJ oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Parisdə keçirilən oyunda 1:1 hesabı qeydə alınıb. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol