• $
  • €
  • ₽
  • ₺
  • £

“Bavariya” və PSJ Çempionlar Liqasının 1/4 finalına yüksəldi

“Bavariya” və PSJ Çempionlar Liqasının 1/4 finalına yüksəldi
12.03.2015 09:22
Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub.

Apasport.az saytının məlumatına görə, azarkeşlər İngiltərə və Almaniyada keçirilən maraqlı görüşlərə şahidlik edib.

Belə ki, "Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Parisdə keçirilən ilk oyunda komandalar hərəyə 1 dəfə fərqlənsələr də, bundan başqasına gücləri çatmayıb. Cütün taleyinə Londonda aydınlıq gəlib. 90 dəqiqə ərzində tərəflər yenə hərəyə 1 top vurmağı bacarıb. Matça əlavə edilə yarım saatda da komandalar növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Əvvəlcə 96-cı dəqiqədə Eden Azard "zadəganlar”ı penaltidən vurduğu qolla önə çıxarıb. Lakin Paris klubunun kapitanı Tiaqo Silva 114-cü dəqiqədə hesabı bərabərləşdirib. Oyunda bundan başqa qol olmayıb və PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib.

Digər matçda "Bavariya” Donetsk "Şaxtyor”unu sınağa çəkib. Lvovda reallaşan ilk qarşılaşmada qapılara qol vurulmayıb. Görüşün favoriti Münhen klubu olsa da, Ukrayna təmsilçisinin belə asan təslim olacağını heç kəs gözləmirdi. Xosep Qvardiolanın yetirmələri rəqibinə divan tutub. Qarşılaşmada "Bavariya” 7:0 hesabı ilə "Şaxtyor”u darmadığın edib.

Beləliklə, ötən gün "Real” və "Porto”nun ardınca "Bavariya” ilə PSJ də 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları, 11 mart

"Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:2

Qollar Kehill, 81, Azard, 96-pen - Luis, 86, Silva, 114

İlk oyun: 1:1

"Bavariya” (Almaniya) – "Şaxtyor” (Ukrayna) - 7:0

Qollar: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badstuber, 63, Levandovski, 75, Götze, 88

İlk oyun: 0:0

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol