“Sanki ətrafımda 11 körpə ağlayırdı”- İbrahimoviç

"Qırmızı vərəqə aldığım üçün özümü günahlandırıram. Belə bir vacib matçda bunu etməməli idim”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç deyib.
O, dünən Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi”nin mübarizədən kənarlaşdırdıqları oyun haqqında danışıb. Bildirib ki, qırmızı vərəqə aldığı epizodda rəqib komandanın futbolçularının vəziyyəti ürəkağrıdıcı olub: "Meydanda hakim yox idi. Qırmızı vərəqə tələb edərkən rəqib komandanın futbolçularının vəziyyəti ürəkağrıdıcı idi. Sanki ətrafımda 11 körpə ağlayırdı”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























