Super Liqanın oyunları Azərbaycanda yayımlana bilər

Türkiyə Klublar Birliyinin yeni planları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, birlik klubların yayım və sponsor gəlirlərini artırmaq niyyətindədir.
Oyunların yayım hüququnun satışından ən azı 1,5 dəfə artıq xeyir götürmək istəyən Super Liqa klubları "Super Liqa A.Ş" yaratmağa hazırlaşır. Bundan sonra isə Klublar Birliyinin adı dəyişdirilərək Futbol Birliyi olacaq və buradan aşağı dəstələrdəki peşəkar klublar da yararlana biləcək.
Əsas hədəf İslam və Türk dünyasına yol tapmaqdı. Klublar Birliyinin ilk addımı Super Liqanın yayım hüququnu Azərbaycan və digər türkdilli ölkələrə satmaq olacaq. Daha sonra isə areal digər müsəlman ölkələrinə doğru genişləndiriləcək. Bu ölkələrdə Super Liqa klublarının fan-shopları açılacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























