Yeni transferi “Qarabağ”dan ayrılır

"Qarabağ”ın bu yaxınlarda heyətinə cəlb etdiyi Dani Kuintana Azərbaycanı tərk etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, "Əl-Əhli”dən alınan hücumçu ölkəsi İspaniyaya gedəcək.
28 yaşlı forvard martın 15-də vətəninə yollanacaq. O, İspaniyada qalacağı bir həftə ərzində baş məşqçi Qurban Qurbanovun verəcəyi proqrama uyğun məşqlərini davam etdirəcək. Martın 18-də çempionat oyunundan sonra "Qarabağ”ın digər futbolçuları da 3 günlük istirahətə buraxılacaq. Komanda martın 22-də toplaşacaq ki, Kuintana da həmin gün düşərgədə olacaq.
Qeyd edək ki, Kuintana bu mövsüm iki klubun formasını geyindiyi üçün "Qarabağ”da yalnız gələn mövsüm debüt edə biləcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























