Hakimi öldürən futbolçuya 8 illik həbs cəzası

Yumruq zərbəsi ilə 44 yaşlı referi Con Bienevizi öldürən futbolçu Bassel Saadın məhkəməsi başa çatıb.
Qol.Az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçuya 8 il həbs cəzası verilib.
Oyun əsnasında sinirlərinə hakim ola bilməyən Saad referini yumruqlayaraq onu öldürüb.
Bassel Saadın məhkəməsində iştirak edən Bienevizin həyat yoldaşı qərarın açıqlanmasının ardından futbolçuya qırmızı vərəqə göstərməsi məhkəmə zalında olan hər kəsi duyğulandırıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























