• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan millisi braziliyalı oyunçuları ilə tanınır"

"Azərbaycan millisi braziliyalı oyunçuları ilə tanınır"
18.03.2015 13:07
"Çox güclü və maraqlı qrupa düşmüşük. Belçikadan başqa digər rəqiblərimizin oyunlarını izləmişəm. Çünki belçikalılar yoldaşlıq oyunu keçirməyiblər. Ancaq biz onların seçmə mərhələdə Azərbaycanla keçirəcəkləri oyunlarını izləyəcəyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Ukraynanın futzal yığmasının baş məşqçisi Aleksandr Kosenko deyib.

Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan millisi ilə oyunun həlledici olacağını bildirib:

"Azərbaycan millisi ilk növbədə braziliyalı oyunçuları ilə tanınır. Onlar çox sürətli və texnikalıdırlar. Bu səbəbdən Azərbaycan yığmasına qarşı oynamaq çətindir. Meydan sahibləri ilə oyun həlledici olacaq. Ancaq biz bu oyuna qədərki rəqibləri düzgün qiymətləndirməsək və yalnız Azərbaycanla matça köklənsək, o zaman bizdə heç nə alınmayacaq. Ona görə də bütün rəqiblərlə oyunlara yaxşı hazırlaşmalı və onlardan xal almalıyıq".

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsinin oyunları Bakıda keçiriləcək. Millimiz bu gün ilk matçında Belçika ilə qarşılaşacaq. Ukrayna isə Danimarka ilə üz-üzə gələcək. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol