Bakı-2015: Paytaxtımıza gələcək 28 yığmanın adı dəqiqləşdi

Bakıda keçiriləcək I Avropa Oyunlarının su polosu üzrə yarışlarına qatılacaq yığmaların yekun siyahısı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, 28 yığma Bakı-2015-in Təsnifat Mərhələsindən sonra Azərbaycana bilet sifariş verib.
Belə ki, kişi su poloçuların mübarizəsində 16 milli qüvvəsini sınayacaq. Azərbaycan yığmasının ev sahibi kimi iştirak edəcəyi yarışa gənclərin Avropa çempionatında ilk 7 yerin sahibi - Monteneqro, Serbiya, İtaliya, Macarıstan, Xorvatiya, Rusiya və İspaniya millilərinə Yunanıstan, Ukrayna, Slovakiya, Türkiyə, Fransa, Rumıniya, Almaniya və Malta poloçuları da qoşulublar.
Qadınların yarışında isə Azərbaycanla yanaşı, Yunanıstan, İspaniya, Hollandiya, İtaliya və Macarıstan yığmaları lisenziyaya sahib olmuşdularsa, Təsnifat Mərhələsində 6 "xoşbəxt” də bilinib. Bunlar Fransa, Böyük Britaniya, Slovakiya, İsrail, Almaniya və Serbiya milliləridi.
Qeyd edək ki, Avropa Oyunlarında su polosu yarışları iyunun 12-21-də baş tutacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























