Azarkeşlər hakimin maşınını yandırdı

Kiprdə futbol hakiminə qarşı amansız hadisə yaşanıb. "Qafqazinfo” xəbər verir ki, qitənin yunanlara aid bölgəsində məşhur olan referi Leontios Trattosun maşını azarkeşlər tərəfindən yandırılıb. Hadisədə ölən və yaralanan olmayıb.
Bu son dövrlər ərzində Trattosun başına gələn ikinci analoji hadisədi. Ötən ilin fevralında da Trattosun evinin qarşısında başqa bir avtomobil bomba vasitəsilə partladılıb.
Qeyde dək ki, ötən ay Kiprdə daha 2 hakim hücuma məruz qalmışdı. Hakimlərdən birinin avtomobilində, digərinin isə anasının evinin qarşısında bomba partladılıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























