"Çempion olmaq daha çətindir" – Ançelotti

"Bu cür oynamağa davam etsək, La Liqada çempion olmaq şansımız qalacaq. Düzdür, daha La Liqanın qalibi olmaq çətindir, ancaq bunu üçün mübarizə aparmağa davam edəcəyik. Təkcə Çempionlar Liqasının düşünməyəcəyik".
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 28-ci turunda "Barselona"ya 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, komandasının Kataloniya klubuna qarşı oyununu bəyəndiyini söyləyib:
"Qələbəyə yaxın idik. Birinci hissədə çox yaxşı oynadıq. Amma bəzi şeyləri edə bilmədik və uduzduq. Son 30 dəqiqədə isə komanda oyunu nümayiş etdirə bilmədik. Qarşılaşmanın son bölümlərində "Barselona" güclü tərəf idi".
K.Ançelotti Ronaldonun oyunundan da razı qaldığını söyləyib: "O, çox yaxşı təsir bağışladı".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























