• $
  • €
  • ₽
  • ₺
  • £

"DÇ-2018": Avropa zonasının formatı müəyyənləşdi

"DÇ-2018": Avropa zonasının formatı müəyyənləşdi
23.03.2015 23:59
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin formatı təsdiqlənib.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.

O bildirib ki, bu gün keçirilən  UEFA İcraiyyə Komitəsinin iclasında bununla bağlı qərarlar qəbul edilib.

Qərara əsasən, 52 millinin iştirak edəcəyi seçmə mərhələ 9 qrupdan ibarət olacaq. Qrupların yeddisində altı komanda, ikisində beş komanda yer alacaq.

Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan 8 ən güclüsü isə "pley-off" oynayacaq və daha 4 vəsiqənin taleyinə aydınlıq gətirəcək.

Qeyd edək ki, "DÇ-2018"in Avropa zonası üzrə seçmə mərhələsinin oyunları 2016-ci ilin sentyabr və 2017-ci ilin noyabr tarixləri arası keçiriləcək.

Əlavə edək ki, "DÇ-2018"in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda oynanılacaq.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol