PSJ-də yeni müqavilə

PSJ klubu müdafiəçisi Markinyosla müqaviləni yeniləyib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ilə müqavilənin müddəti bir il daha uzadılıb.
20 yaşlı futbolçu 2019-cu ilin iyun ayına qədər Paris təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Markinyos 2013-cü ilin yayında 31 milyon avro qarşılığında "Roma"dan PSJ-yə transfer olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























