• $
  • €
  • ₽
  • ₺
  • £

"Qrupu 3 xalla tamamlamaq istəyirik"

"Qrupu 3 xalla tamamlamaq istəyirik"
29.03.2015 11:54
"İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı. Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir". 

ANN.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Nikolay Adam Avropa çempionatının elit-raund mərhələsində İngiltərəyə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Təcrübəli mütəxəssis qrupun son oyununda qələbə qazanmaq istədiklərini bildirib: "Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib, yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib, tapşırıqlarımızı meydanda həyata keçirirlər.
 
Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni sevindirir".

Qeyd edək ki, yığmamız qrupda son matçını martın 31-də Danimarkaya qarşı keçirəcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol