"Qarabağ" - "İnter" oyununun yeri və vaxtı dəyişdirildi

"Qarabağ" – "İnter" görüşünün yeri və vaxtı dəyişdirilib
ANN.Az
ANN.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "İnter”lə Topaz Premyer Liqasının XXVII turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.
PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da "Bakcell Arena”da başlanacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























