• $
  • €
  • ₽
  • ₺
  • £

“Millimiz belə oynasa, çətin olacaq”

“Millimiz belə oynasa, çətin olacaq”
29.03.2015 23:11
Azərbaycanın əməkdar məşqçi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində millimizin "Avro-2016”nın seçmə mərhələsində Maltaya qalib gəldiyi oyun (2:0) haqda sualları cavablandırıb

- Yığmamız Robert Prosineçkinin rəhbərliyi altında keçirdiyi ilk rəsmi oyunda qalib gəldi. Görüş haqda təəssüratlarınız necədir?

- Qələbəyə görə hamımız sevinirik. Amma komandamızda problemlər var. Çatışmazlıqlardan  biri odur ki, orta xətdə yaradıcılıq yoxdur. Dmitri Nazarov meydana çıxandan sonra oyunumuzda canlanma baş verdi. Sevindirici məqamlar da var. İlk növbədə onu qeyd etməliyəm ki, futbolçularımızda mehribanlıq artıb. Son illərdə bunu millidə görmək olmurdu. Mən işlədiyim dövrdə futbolçular çox mehriban idilər. Dünən də həmin istəyi gördüm. Məşqlərdə də çox həvəslə çalışırlar. Bu, vacib amildir.

- Prosineçkinin gəlişində sonra komandamızda hansı yeniliyi görürsünüz?

- Artıq futbolçularımız yerlə oynamağa çalışırlar. Düzdür, hələ ki, bu, bizdə tam alınmır. Ancaq Azərbaycan millisi məhz yerlə oyuna üstünlük verməlidir.

- Qələbə qazansaq da, dünən millimizdən baxımlı oyun görmədik. Razısınız?

- Baxımlı oyun ola da bilməzdi. Çünki məşqçimiz yenidir. Həm də yaddan çıxarmayın ki, komandanın beyni orta xətdir. Orta xətdə həm yaradıcı, həm də dağıdıcı futbolçular çıxış etməlidir. Bizdə isə ancaq dağıdıcı futbolçular var. Yaradıcı oyunu ilə seçilən futbolçular axtarmalıyıq. Dünənki oyunda hücumçumuz Vüqar Nadirov topsuz çox qaçdı. Hesablasaq, görərik ki, oyunda ən çox qaçanlardan biri Vüqardır. Ancaq ona ötürmə vermirdilər. Oyunumuzu inkişaf etdirməliyik. Belə oynasaq, bundan sonrakı bütün oyunlarımız ağır olacaq. Dünən rəqibin iki real qol imkanı oldu. Qapıçımızın qurtarışları olmasaydı, hesab tam fərqli ola bilərdi. Bu, yaxşı hal deyil.

- Millimizdə debüt edən futbolçular haqda nə deyə bilərsiniz?

- Eddi İsrafilovdan başlayaq. Bu futbolçunun oyununu az görmüşük. Onun haqqında çox söz danışırlar. Ancaq unutmaq olmaz ki, İsrafilov İspaniya La Liqasında oynayır. Ondan istifadə etmək lazımdır. Bizdə yaxşı oyunçular çoxluq təşkil etsələr, nəticələrimiz də ürəkaçan olar. Təəssüf ki, keyfiyyətli futbolçuların qıtlığı var. Namiq Ələsgərovdan çox şey gözləyirəm. Çox çalışır. "Qarabağ” topla oynayan, texnikalı komandadır. Ona görə də Namiq orada tez artıracaq. Namiq kimi futbolçulara orta xətdə yaxşı çıxış edən futbolçular lazımdır. Heç olmasa bir nəfərə yaradıcı futbolçumuz olmalıdır. Bu, olmasa, bizə çox çətin olacaq. Rusan Qurbanov haqda da xoş sözlər demək olar.

- Millimizdə yeni nəfəs hiss olunur?

- Əlbəttə, hiss olunur. İlk növbədə komanda ab-havanın düzəldiyini deməliyik. Birinci qoldan sonra qapıçımız Kamran Ağayev meydanın mərkəzinə qədər qaçıb sevincini komanda yoldaşları ilə bölüşdü. Belə olmaq lazımdır. Qolun həsrətində o qədər olmuşuq ki...

-  Futbolçularımız yenə hər zamankı kimi ikinci hissədə yoruldular. Bu problemi necə aradan qaldırmaq olar?

- Bəli, mən də bunu özümdə qeyd etmişəm. Bu yorğunluğun səbəbi komandamız topsuz qalması idi.  Həmişə fiziki cəhətdən problemlərimiz olub. Ancaq ağlımızın sayəsində bunu ört-basdır edə bilirdik. Topla olan zaman futbolçu yorulmur. Bizim millətin tam fərqli psixologiyası var. Top bizdə olanda həvəsli oluruq. Elə ki, topa sahib ola bilmirik, oynamaq da istəmirik. Biz rəqib hücumunun qarşısını almaq üçün müdafiədə otururuq. Ancaq belə olmalı deyil. Müdafiə olunsan belə, əks-hücumda rəqibi tutmalısan. Bunun üçün də fiziki cəhətdən güclü olmaq lazımdır. Təxminən 3-4 il bundan əvvəl "Barselona”nın oyununu analiz etdik. Gördük ki, bu komandanın futbolçuları meydançada çox qaçırlar. Ancaq gördüyünüz kimi, bu, hiss olunmur. Çünki onlar topla gözəl rəftar edirlər. İngiltərədə və Skandinaviya ölkələrində əvvəllər uzun ötürmələrlə, fiziki gücə hesablanmış oyun sərgiləyirdilər. Ancaq futbol inkişaf etdikcə onlar da məcbur oldular ki, yerlə oynasınlar. Fiziki durumu lazımi qaydada saxlamaq üçün toplu çalışmalar vacibdir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol