• $
  • €
  • ₽
  • ₺
  • £

"Real"la oyunda qələbə qazanmağa çalışacağıq"

"Real"la oyunda qələbə qazanmağa çalışacağıq"
01.04.2015 13:39
"Əslində bu, çox xoş idi. Azərbaycanda məni yaxşı qarşıladılar. İnsanların münasibəti gözəl idi. Mənim üçün yaxşı təcrübə oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyunda (2:0) Azərbaycan millisində debüt edən Eddi İsrafilov deyib.

İspaniya mətbuatına danışan "Qranada" klubunun üzvü daha öncə müəyyən problemlər səbəbindən Azərbaycan yığmasında oynaya bilmədiyini söyləyib: "Mursiya"da çıxış etdiyim dönəmdə Azərbaycan millisindən dəvət almışdım. Ancaq həmin vaxt klubu tərk edə bilmədim. Komandamın turnir cədvəlindəki mövqeyinin bunda rolu oldu".

"Qranada"nın son oyunlarında iştirak etməməsinə də toxunan E.İsrafilov deyib: "Futbolda belə hallar olur. Mən məşqlərimi davam etdirməliyəm. Baş məşqçi ehtiyac duyarsa, komandama kömək etməyə hazıram".

İspaniya La Liqasının 29-cu turunda bu həftə səfərdə qarşılaşacaqları "Real"la oyun haqda danışan millimizin futbolçusu Madridə qələbə üçün gedəcəklərini bildirib:

"Növbəti həftələrdə bizi La Liqada "Selta Viqo" və "Almeriya" ilə vacib oyunlar gözləyir. Hər iki komanda "Qranada" ilə eyni səviyyəli klubdur. Həmin oyunlarda qələbə qazanmağa çalışacağıq. Ancaq "Real" güclü rəqibdir. Buna baxmayaraq Madridə də qələbə qazanmaq üçün gedəcəyik. Səfərdə xal qazanmaq yaxşı, qalib gəlmək isə möhtəşəm olar. Bunun üçün sonadək mübarizə aparacağıq".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol