“Real”ın futbolçusu iki həftə oynamayacaq

Madrid "Real”ının zədəli futbolçusu Pepe tibbi müayinədən keçib.
Qol.Az-ın məlumatına görə, "Barselona” ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin iki həftə meydana çıxa bilməyəcəyi bəlli olub.
"Avro-2016"nın seçmə mərhələsində Serbiya ilə oyunu buraxan portuqaliyalı futbolçunun aprelin 14-də Çempionlar Liqasının 1/4 finalında "Atletiko” ilə matça hazır olacağı bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























