• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı futbolçu bombardir oldu

Azərbaycanlı futbolçu bombardir oldu
03.04.2015 20:07

Rusiyanın U-19 yığmasının və "Zenit"in azərbaycanlı futbolçusu Ramil Şeydayev "Avro-2015"in bombardirlər siyahısına başçılıq edir.

Qol.Az-ın "Sportbox.az"a istinadən verdiyi məlumata görə, R.Şeydayev "Avro-2015"in seçmə və elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.

Onun ən yaxın izləyicisi isveçrəli Nikolas Hunzikerin aktivində isə 5 qol var. Elit raund mərhələsində Belçika, İsveç və Litva ilə eyni qrupda mübarizə aparan Rusiya yığması bütün görüşlərdə qələbə qazanaraq birinci olub. Ramil Şeydayev İsveç (6:0) və Litva (3:1) ilə görüşlərdə dublla yadda qalıb.

Xatırladaq ki, AFFA daha öncə Ramil Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi. "Azərbaycan millisində oynamaq təklifi aldım. Ancaq heç kəslə danışıqlarım olmayıb. Hazırda bütün fikirlərimi Rusiya yığmasına yönəltmişəm. Mən Azərbaycana hörmət edirəm. Ora mənim atamın vətənidir. Amma Rusiya millisində çıxış etmək istəyirəm. Ona görə də baş məşqçi Fabio Kapello dəvət gözləyəcəm. Fərq etməz, bir, iki və ya üç il" - deyə R.Şeydayev bildirib. 

ANN.Az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol