• $
  • €
  • ₽
  • ₺
  • £

“Fenerbahçe” komandasının avtobusuna silahlı hücum

“Fenerbahçe” komandasının avtobusuna silahlı hücum
05.04.2015 14:00



"Qafqazinfo” goal.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusun sürücüsü yaralanıb və xəstəxanaya yerləşdirilib. 


Hücumun səbəbi kimi isə "Fenerbahçe”nin "Rizespor” komandasını 5-1 hesabı ilə məğlub etməsi göstərilir. Belə ki, hadisə məhz həmin oyundan qayıdarkən baş verib. 


"Fenerbahçe”nin meneceri Hasan Çetinkaya məsələ ilə bağlı açıqlama verib:


"Hamı xoşbəxt şəkildə stadiondan çıxıb irəliləməyə başlamışdı ki, sol pəncərənin gurultu ilə sındığını gördük. Şüşə qırıntıları təhlükəsizlik əməkdaşı və operatorumuza dəydi. Avtobusu saxlatdırdıq. Sürücü vuruldu, çoxlu qan var idi. Həmin dəqiqə polisin müşayiəti ilə xəstəxanaya aparıldı. Belə bir biabırçılıq necə ola bilər axı?... Biz hər yerdə oynamışıq, xaricdə oyunlar keçirmişik. Mən sadəcə şokdayam”.


Təhlükəsizlik xidmətinin əməkdaşı isə avtobusun saxlanılmadığı halda dərəyə yuvarlana biləcəyini bildirib. 


Komandanın üzvləri bu hücumun məhz silahlı basqın olduğunu iddia edirlər. Trabzon polisi də bu iddianı qismən təsdiq edib:


"Son nəticə məhz silahdan istifadə olunduğunu deyir. Amma hələ dəqiq bir açıqlama vermək olmaz. Tapılan bütün dəlillər buna aparır”.


Vurulmuş sürücünün həkimi isə onun ölüm təhlükəsinin olmadığını qeyd edib:


"Almacıq sümüyü ilə gicgah arasında bir metal parçası var. Bu, güllə yarası ola bilər. Hələ ki, dəqiq məlum deyil”.




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol