Santi Kazorlada "Atletiko"ya keçir

"Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla mövsümün sonunda "Atletiko"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan ispaniyalı futbolçu "Arsenal"dan ayrılmağı düşünmədiyini açıqlayıb:
"Atletiko"nun mənimlə maraqlandığı yazılır. Ancaq bunlar hamısı şaiyədir. "Arsenal"dan ayrılmağı düşünmürəm. Çünki burada hər şey məni qane edir. Gələcəkdə nə olacağını yaşayıb, görəcəyik. Amma onu deyim ki, qarşıdakı illərdə də "Arsenal"da çıxış etmək istəyirəm".
Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm keçirdiyi 29 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























