• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Azərbaycan idmançılarına xəbərdarlıq etdi

Nazir Azərbaycan idmançılarına xəbərdarlıq etdi
09.04.2015 16:12
Bu gün "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransı keçirilib.
 
"Report"un məlumatına görə, tədbirdə Gənclər və idman Nazirliyi, federasiyaların rəsmiləri və yığma komandaların baş məşqçiləri iştirak edib.

"Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsində (BEGOC) keçirilən tədbirdə nazir və Oyunların baş icraçı direktoru Azad Rəhimovun çıxışından sonra nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bugünədək görülən işlərlə bağlı məlumat verib. M.Rəhimov bildirib ki, "Bakı 2015"də bir çox idman növü üzrə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanılacaq. O, Azərbaycanın təxminən 166 kişi və 122 qadın idmançısının Avropa Oyunlarına qatılacağını bildirib.

Hesabatdan sonra A.Rəhimov dopinq-test məsələlərinə toxunub: "Heç kim bu maddələrdən istifadə etməyi fikirləşməsin. İdmançılara istifadəsi qadağan olunmuş maddələr xəlvəti verilə bilər. Ancaq biz tərəfdən nəzarət yüksək olacaq".

İclas qapalı müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol