Zidan: "Ronaldo məni təəccübləndirir"

"Real"ın canlı əfsanəsi Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Zidan Ronaldonun onu yaxşı mənada təəccübləndirdiyini bildirib:
"Ronaldonun daha da inkişaf etmək arzusu məni yaxşı mənada təəccübləndirir. Hər mövsüm titullar qazanmasına, çox qol vurmasına baxmayaraq, daha yaxşı olmaq üçün çalışır. Bunu məşqlərdə də nümayiş etdirir. O, həqiqətən də inanılmazdır".
Qeyd edək ki, "Rayo Valyekano" ilə oyunda 300-cü qolunu vuran Ronaldo klub tarixinin ən məhsuldar üçüncü futbolçusudur.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək